Today is 

N o   o n e   a n d   n o t h i n g   w i l l   b e   f o r g o t t e n . . .

· VIEWPOINT ·
Other articles:
·Our might is in our unity /* Prof Dr. Bakhtiyar Vahabzade - poet and deputy of Milli Majlis */
·The Victory and Tragedy of the Armenian National Church /* Prof Dr. Erich Feigl(Austria) */
· Foreword to Azeri Genocide Portal /* V.Guliyev - Minister of Foreign Affairs of Azerbaijan */
· Our History - Where Is The Truth? /* Ms N.Zeynaliova - Journalist */
· Some aspects of the Armenian-Azerbaijan conflict /* Ms F.Fatiyeva - Psychologist */

· HISTORY ·
One can find the most valuable information about Azerbaijan, its inseparable part Karabagh and historical roots of Armenian-Azerbaijan conflict in this section of the site.

New publications:
· History Of The Nagorno-Karabakh Region Of The Republic Of Azerbaijan
· History Of The Karabakh Khanate
· Treaty Between The Khan Of Karabakh And Russian Empire On Transfer Of Power Over The Khanate To Russia Of May 14th 1805
· History of Armenians
· Minorities In The Ottoman State And Armenian Question According To Archives

· FACTS ·
A lot of information concerning Armenia's physical and moral aggresion against Azerbaijan is available here. Only here the heartbreaking thruth that has been hidden behind the scene for many years is revealed.

New publications:
· The Process Of The Settlement Of The Armenian-Azerbaijani Conflict
· Chronicle Of Sorrow Dates That Mark The Tragedy
· Information On The Consequences Of Agression Of The Republic Of Armenia Against The Azerbaijan Republic
· Expatriation
· Aggression

· FORUM ·
Welcome to the biggest Azerbaijan-Armenia Forum in the Internet. The theme of the week is "The fate of the Armenian-Azerbaijan negotiations". Don't be indifferent. Join us!

Other topics:
· What is your attitude to "Genocide" concept? In your opinion, which historical events could be considered as genocide?
· How do you conceive resolution of Armenian-Azerbaijan conflict?
· Do you consider mediation of international organization in Armenian-Azerbaijan conflict as satisfactory? What is attitude to 'people diplomacy' concept?

· ARCHIVE ·
It presents the comments, viewpoints of local and foreeign mass media, Internet And non-Internet resources devoted to the subject of genocide against Azerbaijan.

Chapters:
· Statements
· Links
· News Archive
· Viewpoints

Azeri Fonts

DİASPORAMIZIN DÜNƏNİ VƏ BUGÜNÜ
Dr. Cavad Deraxti
Dünya Azərbaycanlıları Kongresinin Sədri

(arazli@hotmail.com)

· En · · Ru ·


- Hörmətli Cavad bəy, öncə rəhbəri olduğunuz Dünya Azərbaycanlıları Kongresi haqqında oxuyucularımızda ümumi təsəvvür yaratmağınızı xahiş edirik. DAK nə vaxt və hansı məqsədlərlə yaradılmışdır?

Dünya Azərbaycanlıları Kongresinin əsası 1997-ci ildə ABŞ-da yaşayan soydaşlarımız tərəfindən qoyulmuşdur. DAK müxtəlif siyasi baxışlı həmvətənlərimizin məskunlaşdığı bir təşkilat kimi Los-Anceles şəhərində həmin il ilk dəfə olaraq, öz qurultayını keçirməyə müvəffəq oldu. Bu quruma müxtəlif baxışlara, yanaşmalara, əngəllərə, qərəzli-qərəzsiz qınayışlara baxmayaraq, o, dünyada və Ana Vətən Azərbaycanda yaşayan soydaşlarımızın ürəyində çeşidli problemlərimizin həlli istiqamətində birgə fəaliyyət göstərəcəyinə dair böyük ümidlər yaratmışdır. Bunun nəticəsində DAK-ın Vaşinqtonda keçirilən II Qurultayında dünyanın ayrı-ayrı ölkələrindən könüllü və dəvətli olaraq iştirak edən soydaşlarımız da oldu. 1999-cu ildə Almaniyada keçirilən III Qurultay ürəyi Azərbaycanla döyünən müxtəlif siyasi və qeyri-siyasi baxışlı insanlarımızı bir araya gətirə bildi. Ötən il Fransanın Strasburq şəhərində keçirilən IV Qurultay bütün xarici və daxili təzyiqlərə baxmayaraq qüvvələr arasında ziddiyətlərə son qoydu və DAK-ın daima yaşayacağına, Azərbaycan yolunda inamlı mübarizə aparacağına ümidləri daha da artırdı. Nəhayət, İsvəçin Malmö şəhərində keçirilən DAK-ın növbəti V Qurultayında iştirakçılar arasında dərin əlaqələrin yaranmasına imkan yarandı.

Mövcud olduğu 5 il ərzində DAK əsasən, nəzəri-konseptual məsələləri demək olar ki, həll etdiyindən, dünyada yaşayan soydaşlarımızın təşkilatlanaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində əməli fəaliyyətə keçməsini qarşısına məqsəd qoydu.

- Azərbaycan mühacirətinin bu gününü necə qiymətləndirirsiniz? Sizcə xaricdə yaşayan həmvətənlərimizin milli özünüdərkdə qarşısına səd olan ən ciddi problemlər nələrdir? Soydaşlarımızın milli şüurunun gücləndirilməsi istiqamətində hansı məsələlərə daha çox əhəmiyyət vərilməlidir?

Mühacirət tarixi

Qüzey Azərbaycandan mühacirət 20-ci yüzilliyin ilk oniliyindən etibarən Qafqazlarda Çar Rusiyasının anti-türk və anti-müsəlman siyasəti nəticəsində başlayıb. 1920-ci illərdə ilk müstəqil Azərbaycan Cümhuriyətinin süqutu ilə bir çox vətəndaşımız, o cümlədən M. Ə. Rəsulzadə və onun silahdaşları məcburi olaraq Ana Vətəni tərk etdilər. Bu qaçışlar 30-cu illər və İkinci Dünya Müharibəsindən sonra da davam etmişdir. Sovət İttifaqının çöküşü və Qüzey Azərbaycanın müstəqilliyinin bərpasından sonra həmvətənlərimizin bir qismi daha firavan və rahat həyat sürmək üçün xarici ölkələrə hicrət etdilər.

Güney Azərbaycandan (İran Azərbaycanı) mühacirət edənlərin çoxu isə şahlıq üsul- idarəsinə qarşı olanlar olmuşdur. İslam inqilabından sonra qətl, basqı, zülüm və siyasi təqiblər nəticəsində yüz minlərlə vətəndaşımız öz doğma yurdlarını tərk etməyə məcbur oldular. Bu say son onilliklərdə şimaldan indiyə qədər mühacirət edənlərdən qat-qat çoxdur.

Azərbaycan diasporu

Bugün təxmini hesablamalara görə, dünyanın, Azərbaycan da daxil olmaqla, 70 ölkəsində 45 milyona qədər Azərbaycanlı yaşayır və milyonlarla soydaşımız öz Vətənindən, tarixi-etnik torpaqlarından kənarda mühacir həyatı yaşamaqdadır Yalnız Türkiyədə özü və ya soy kökü Qərbi Azərbaycanın İrəvan şəhərindən, Zəngəzurdan, Göyçədən, vs. olan milyonlarla soydaşlarımız var və onlar XIX əsrin sonlarından başlamış amansız daşnak irticaları nəticəsində qardaş ölkəyə pənah gətirmişdilər.

Azərbaycanın dövlət müstəqilliyini qazanması Azərbaycan diasporunun həyatına mühüm canlanma gətirdi. Baş vərən qlobal hadisələr, Qarabağ münaqişəsi, əsassız torpaq iddiaları planının hərəkata gətirilməsi, 1990-cı ilin yanvarın 20-də Bakıda, 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş qırğınlar, torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyon qardaş-bacılarımızın doğma yurdlarından didərgin düşməsi və sairə hadisələr xaricdəki həmvətənlərimizin ictimai fəallığına təkan vərdi.

Soydaşlarımızın bir qismi yeni tarixi vəziyyətə müvafiq olaraq milli-mədəni istiqamətdə təşkilatlanmağa başladılar və hal-hazırda Azərbaycanlıların dünyanın 30-dan çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Bu prosesin daha da genişlənməsinə şəxsi iddiaların milli mənafedən üstün tutulması, milli-siyasi fəallığın zəifliyi və iqtisadi maraqlara meylliyinin güclülüyü, regionçuluq amilləri və icmalar, təşkilatlar arasında əlaqələrin zəifliyi amilləri ciddi maneçilik törədir. Bütün bunlara baxmayaraq, mühacirət həyatı keçirən Azərbaycanlıların milli istiqlalının saxlanılması, dil və mədəniyyətlərinin inkişafı, insan-vətəndaş hüquqlarının qorunması, müstəqil dövlətimizdən daha çox himayə etməklə bərabər, mənəvi birliyimizin təmin edilməsi hər bir soydaşımızın ən əsas vəzifəsidir.

- Ana Vətənin maddi və mənəvi problemlərinin həll edilməsində xaricdə yaşayan həmvətənlərimizin nə kimi rolu ola bilər? Şəxsən Sizin təmsil etdiyiniz qurumun bu məsələ ilə bağlı konkret fəaliyyət proqramı varmı?

Hər şeydən öncə bunu deməliyəm ki, Dünya Azərbaycanlıları Konqresinin məramnaməsi əsasında, Güney Azərbaycan, Qüzey Azərbaycan və digər qitələrdə yaşayan dünya Azərbaycanlılarının maddi və mənəvi mənafelərini himayə etmə və onların uğrunda mübarizə aparma, hər bir DAK üzvünün borcudur. Bizə elə gəlir ki, Azərbaycan Respublikası adı daşıyan Qüzey Azərbaycanda müstəqil dövlətimiz var, və burada konstitusiya əsasında daxili və xarici siyasət, dövlət və onun başçısı - Prezident vasitəsilə tənzimlənir və həyata keçirilir. Və inkişaf prosesini təmin etmə məsuliyyəti əsasən dövlətimizin üzərinə düşür. DAK tənqid və təşviq siyasəti ilə dövlətimizin siyasətini izləyir və özünün digər qitələrdə yaşayan üzvləri vasitəsilə Azərbaycan Respublikasını bacardıqca ləyaqətlə müdafiə edir, ona qarşı Ermənistan dövləti tərəfindən edilən hərbi təcavüzə öz etiraz səsini ucaldır. Bir sözlə desək, Qüzey Azərbaycan xalqının və dövlətinin milli mənafələrinin keşiyində dayanan hər bir şəxs bizim üçün DAK üzvüdür.

Lakin Güney Azərbaycana gəldikdə, demək olar ki, 30 milyondan artıq Azərbaycanlıların heç bir milli həqqə malik olmadıqları kütləvi informasiya vasitlərinə aydindir. Burada hətta İran İslam Respublikasının Konstituyasındakı maddələr, o cümlədən 15-ci maddə - yəni fars dili ilə bərabər ana dilin məktəblərdə tədris olunması və 19-cu maddə -yəni İranda yaşayan millətlər arası heç bir ayrıseçkiliyə yol vərilməmə, 23 ildir ki, həyata keçirilmir. Və Azərbaycan xalqı heç bir milli quruma malik deyil. Məktəblərdə ana dilində tədrisə imkan vərilmir. DAK-ın üzərinə düşən əsas vəzifə, Güneydə Azərbaycanlıların insan hüquqlarını bərpa etmək və onların milli haqlarını müdafiə etməkdir.

Digər qitələrdə yaşayan bütün Azərbaycanlıların ictimai və mədəni hüquqlarını DAK o məmləkətlərin qanunlarına uyğun hərəkat edərək, müxtəlif yollarla müdafiə etməyi, özünə borc bilir.

- Ana Vətənin bütün problemlərinin mənbəyi olan Qarabağ münaqişəsinin həllini nədə görürsünüz?

Təbii ki, biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik və Azərbaycanın işğal olunmuş bütün ərazilərinin azad edilməsini və 1 milyon 200 mindən artıq Azərbaycan qaçqınlarının öz ana yurdlarına qayıtmalarını, Ermənistanın silahlı qüvvələrinin geri çəkilməsini tələb edirik. İlk mərhələdə bütün diplomatik yollardan istifadə edilməlidir. Ancaq bizim xalqımızın da müəyyən qədər səbri var. Biz dünya ictimaiyyətinə xalqımızın səsini və məzlumiyyətini çatdırmağa səy göstərəcəyik.

- 2002-ci ildə Azərbaycanda hansı problemlərinin həllinə daha çox əhəmiyyət vərilməsini istərdiniz?

İşğal olunmuş topraqlarımızın geri qaytarılması və Qarabağ probleminin həlli məsələsinə daha çox əhəmiyyət vərilməsini istərdim. Eyni zamanda Güney Azərbaycanda ana dilində məktəblərin açılması və milli qurumların yaranması mənim arzumdur.

- Bu yaxınlarda Bakıda çağırılmış Dünya Azərbaycanlılarının 1-ci Qurultayı ilə DAK Qurultayı arasında əməkdaşlığın perspektivini necə görürsünüz?

Dünya Azərbaycanlıların Qurultayı bu günkü Azərbaycan Respublikasının diasporasının gücləndirilməsi məqsədilə yaradılmışdır. DAK isə əksəriyyətini güneylilər təşkil edən beynəlxalq bir təşkilatdır və bütöv Azərbaycan məsələləri ilə məşğul olur. Təbii ki, iki qurum arasında əməkdaşlığın davam etməsi həm DAK üçün, həm də Azərbaycanımızın gələcəyi üçün vaz keçilməzdir. Ancaq elə məsələlər vardır ki, DAK onu tək başına həll edə bilməz, məsələn, Güneydən qaçan mühacirlər.

- Hörmətli Cavad bəy, maraqlı müsahibə üçün çox sağ olun. Son olaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün dünya Azərbaycanlılarına və saytımızın oxuyucularına ürək sözləriniz çatdırmığınızı xahiş edirik.

Bu il ilk dəfə olaraq, Avropa və Amerikanın bir çox şəhərlərində DAK bölgə nümayəndəlikləri vasitəsilə tədbirlər keçiriləcəkdir. Bu il İsvəçin Malmö şəhərində Güney Azərbaycanın Milli Hərəkatının lideri cənab Dr. Çöhrəqani ilə bu günü birlikdə qeyd edəcəyik. Arzu edirəm ki, gələn il bu tədbiri Qarabağımızın göz bəbəyi olan Şuşada keçirək. Hamınızı Dünya Azərbaycanlıları Günü münasibətilə təbrik edirəm.

·

News

·
·

History

·
·

Facts

·
·

Forum

·
·

Archive

·

· SEARCH ·





Karabakh.org

Institute for Armenian Research
ATOO!

· Prev · Top · Next ·
© "Sahil IRG" - 2001 info@azerigenocide.org

· News · History · Facts · Forum · Archive · Viewpoints · Photos · Victims · Links · Guest Book ·