Today is 

N o   o n e   a n d   n o t h i n g   w i l l   b e   f o r g o t t e n . . .

· THE TOPIC OF THE DAY ·

Section 907 and Azerbaijan-U.S. Relations

...The Section 907 sanctions have never reflected political or diplomatic reality in the Caucasus region. Furthermore, conditions that existed in 1992 when the sanctions were imposed have changed dramatically. The following facts underscore this point...

 

· HISTORY ·
One can find the most valuable information about Azerbaijan, its inseparable part Karabagh and historical roots of Armenian-Azerbaijan conflict in this section of the site.

New publications:
· History Of The Nagorno-Karabakh Region Of The Republic Of Azerbaijan
· History Of The Karabakh Khanate
· Treaty Between The Khan Of Karabakh And Russian Empire On Transfer Of Power Over The Khanate To Russia Of May 14th 1805
· History of Armenians
· Minorities In The Ottoman State And Armenian Question According To Archives

· FACTS ·
A lot of information concerning Armenia's physical and moral aggresion against Azerbaijan is available here. Only here the heartbreaking thruth that has been hidden behind the scene for many years is revealed.

New publications:
· The Process Of The Settlement Of The Armenian-Azerbaijani Conflict
· Chronicle Of Sorrow Dates That Mark The Tragedy
· Information On The Consequences Of Agression Of The Republic Of Armenia Against The Azerbaijan Republic
· Expatriation
· Aggression

· FORUM ·
Welcome to the biggest Azerbaijan-Armenia Forum in the Internet. The theme of the week is "The fate of the Armenian-Azerbaijan negotiations". Don't be indifferent. Join us!

Other topics:
· What is your attitude to "Genocide" concept? In your opinion, which historical events could be considered as genocide?
· How do you conceive resolution of Armenian-Azerbaijan conflict?
· Do you consider mediation of international organization in Armenian-Azerbaijan conflict as satisfactory? What is attitude to 'people diplomacy' concept?

· ARCHIVE ·
It presents the comments, viewpoints of local and foreeign mass media, Internet And non-Internet resources devoted to the subject of genocide against Azerbaijan.

Chapters:
· Statements
· Links
· News Archive
· Viewpoints


GÜCÜMÜZ BİRLİKDƏDİR
Prof.Dr. Bəxtiyar Vahabzadə
Şair və Milli Məclis Deputatı

(bvahabzade@azerimail.net)

· Ru · · En ·




Bir ziyalı, el ağsaqqalı kimi bugün cəmiyyətimizdə Sizi ən çox narahat edən problemlər hansılardır?

Heç şübhəsiz bir vətəndaş kimi, bir Azərbaycanlı kimi məni ən çox narahat edən məsələ Qarabağ məsələsidir. Bugünki problemlərimizin əsas qaynağı torpaqlarımızın böyük bir qisminin işğal altında olmasıdır. Əgər biz bu müharibəyə cəlb edilməsəydik, yəqin ki, təbii və mədəni sərvətlərimizin köməyi ilə çox qabağa gedərdik.

Erməni təbliğatını, yazılarını oxuyanda adamı dəhşət götürür. Çünki onlar ifrat dərəcədə elə yalanlar yazırlar ki, adam təəccüb edir. Məsələ, sizə bir faktı deyim. Mötəbər arxiv mənbələrinin verdiyi məlumata görə (bu mənbələrin çoxu Çar Rusiyasının arxivlərinə mənsubdur), Qafqaz ermənilərin ana vətəni deyildir. 1828-1832-ci illər arasında 40 min erməni İrandan, 80 min erməni isə Türkiyədən Qarabağa köçürülüb. 1978-ci ildə Qarabağ erməniləri İrandan Qafqaza köçmələrinin 150 illiyini qeyd etdilər və bunun şərəfinə Ağdərədə (Mardakert) bir bulaq kompleksi tikdilər. Bulağın üstündə erməni əlifbası ilə 1828-1978 rəqəmləri və bu yubileyə həsr olunmuş yazılar var idi. Ancaq maraqlı burasıdır ki, 1988-ci ildə Qarabağ müharibəsi qızışmaya başlayanda ermənilər iz itirmək üçün öz əlləri ilə tikdikləri bu bulağı dağıtdılar. İndi də iddia edirlər ki, Qarabağ torpaqları onlara babalarından miras qalıbdır.

Bu münaqişə başlayan kimi təklif etdim ki, qoy dünya ictimaiyyəti bu məsələnin həllini Qafqazın tarixini gözəl bilən bitərəf alimlərə həvalə etsin. Qoy onlar qərar versinlər ki, Qarabağ torpağı üstündə mülkiyyət haqqı hansı millətə məxsusdur. Siz bir qonşularımızdakı həyasızlığın dərəcəsinə baxın ki, 200 il əvvəl onları qəbul etdik, daha doğrusu Rus höküməti onları bizim torpaqlarımızda, evlərimizdə yerləşdirdi. Ancaq indi onlar bizi öz evlərimizdən qovurlar. Atalarımız demişkən, «yersiz gəldin, yerli qaç».

İndi mən ona məəttəl qalmışam ki, işğala məruz qalan bizik, öldürülən bizik, amma yenə də günahkar olan biz, cəzalandırılan da bizik. Hər zaman ədalətdən, demokratiyadan dəm vuran mədəni ölkələr niyə görəsən bu acı həqiqələtlərə göz yumurlar ? Mən bunu bizə qarşı tətbiq olunan «mənəvi terror» adlandırardım. Çox təəsüf ki, bu gün mədəni dünya erməni işğalına, erməni terroruna, hətta ASALAya göz yumur. O ASALA ki, təxminən 30 il əvvəl dünyanın 40 ölkəsində 40-a yaxın Türk diplomatını qətlə yetirdi. Diplomatiya müqəddəs vəzifədir, onlar sülh məramlı missiyanın elçiləridir, elçiyə toxunmaq olmaz. Bunu ancaq ASALA kimi mənəviyyatdan uzaq, insanlaqdan uzaq terrorçu təşkilatlar törədə bilərlər.

Hətta bu yaxınlarda mediada ASALA təşkilatının «ölüm siyahısı» haqqında xəbərlər yayıldı. Bu qara siyahıda 42 Azərbaycan ziyalısının, o cümlədən mənim adım var. Bizim qətlimizə fərman verilib. İndi bu terrorçu təşkilatına Amerikada, Avropada himayə edən «mədənilərə», «demokratlara» nə deyəsən?

Ermənilərin bizə qarşı təbliğatı bütün dünyada baş alıb gedir. Hamısı yalan, hamısı böhtan. Neçə dəfə şahid olmuşam ki, Azərbaycana ilk dəfə gələn əcnəbilər ilk günlər Bakıda qorxu, ehtiyat ilə gəzirlər. Səbəbinin soruşanda belə izah edirlər ki, Avropada yayılan erməni təbliğatına görə siz Azərbaycan Türkləri qeyri-mədəni, barbar bir millətsiniz. Ancaq sonralar Azərbaycana daha yaxşı bələd olan bu qonaqlarımız bu fikirlərinin səhv olduğunu başa düşürlər.

İndi mənə deyin biz barbar olub neynəmişik? İndiyə kimi kimin torpağına, namusuna göz tikmişik, kimi asıb-kəsmişik? Özlərinə mədəni deyən ermənilər gəlsinlər mədəniyyətlərimizi müqayisə edək. İndiyə kimi mənim Nizamimə, Füzulimə, Ü. Hacıbəyovuma tay sənətkar yetişdirə biliblərmi? Ən çox fəxr etdikləri Sayat Nova şerlərinin 70-80 faizini Azərbaycan türkcəsində yazıb. Bəlkə bunu da inkar edirlər?

XVIII- XIX- əsrlərdə Qərbi Azərbaycanda yaşayan erməni aşıqlarının böyük bir əksəriyyəti şerlərini bu dildə yazıblar. Ancaq siz mənə ermənicə yazan bir Azərbaycanlı şair, aşıq tanıdabilərsinizmi?

Əlbəttə, ölkədə olan iqtisadi böhran, xalqın güzəranının pisləşməsi, işsizlik və s. də məni ciddi şəkildə ağrıdan məsələlərdir. Ancaq ümidvaram ki, Qarabağ probleminin həlli bu məsələlərin həllinə da cığır açacaq. Biz Qarabağı mütləq azad etməliyik. Biz sadəcə torpaq yox, eyni zamanda mənəviyyatımızı itirmişik. Çünki Qarabağ Azərbaycanın musiqi, mədəniyyət beşiyidir. Üzeyir bəyin sənətini axıdan çayın qabağı kəsilib. Bu gün Qarabağın geri qaytarılması üçün əlimizdən gələni etməliyik. Mən hələlik sülh tərəfdarıyam. Ancaq sülh ilə ermənini başa sala bilməsək onda müharibə labüd olacaq.

Milli şüurun, vətənpərvərlik duyğularının daima oyaq saxlanması istiqamətində hansı addımlar atılmalıdır? Bu işin konkret cavabdehi kimdir?

Çox gözəl sualdır. Təəsüflər olsun ki, milli vətənpərvərlik işləri bizdə çox zəif gedir. Vətəndaşda milli şüurun oyadılmasında ən təsirli metod təbliğatdır. Milli mədəniyyətə, adət-ənənələrimizə, vətənpərvərlik hissinə sadiq vətən övladını yetişdirmək üçün gərək onu bu dəyərlər ilə böyüdəsən. Tarixini, mədəniyyətini, dilini bilməyən, başa düşməyən insan Vətənini, xalqını tanıya bilməz, onu sevə bilməz. İstər ölkəmizdə, istər Cənubi Azərbaycanda, istərsə də xaricdə yaşayan həmvətənlərimiz arasında bu məsələyə ciddi qayğı və səy göstərmək lazımdır. Mən çox arzu edərdim ki, bizim televiziya və radio kanallarımız, qəzet və curnallarımız bu məsələyə xüsusi diqqət yetirsinlər. Çünki vətəndaşı Vətənə layiq bir övlad kimi yetişdirmək sadəcə dövlətin və hökümətin işi deyildir. Qeyri-hökümət təşkilatlarımız, ziyalılarımız bu istiqamətdə bacarıqlarını əsirgəməməlidirlər. Onların hamısı bu tarixi missiyasına cavabdehidirlər.

Vətənimizin cənub parçasında yaşayan və xarici ölkələrdə məskunlaşmış olan soydaşlarımız milli dildə məktəb, təhsil işinə ciddi yanaşmalıdırlar. İranda Azərbaycan Türklərinin Fars dilinin ciddi təsiri altında qaldığını söyləmək istərdim. Onlar Türk dilində danışsalar da, bunu Fars dilinin qrammatikasının köməyi ilə həyata keçirirlər. Cavad Heyət «Varlıq» adında curnal nəşr etməyə başlayanda ona irad tutdular ki, bu nədir, sən niyə Bakı ləhcəsində yazırsan. Halbuki C. Heyət Fars dilindən arındırılmış təmiz bir Azərbaycan Türkcəsi ilə yazırdı... Mən bu faciənin kökünü savadsızlıqda, məktəbsizlikdə görürəm və inanıram ki, Cənubi Azərbaycan bir gün mədəni muxtariyyət alacaq. Milli dildə məktəblərin açılması, məcmuələrin, qəzetlərin çapı ilə bu problem də tədricən aradan qalxacaq.

Xaricdə yaşayan soydaşlarımız da bu məsələni çox ciddi qəbul etməlidirlər. Çalışmalıdırlar ki, Azərbaycandan uzaqda boya-başa çatan övladlarımız öz dillərini bilsinlər, öz mədəniyyətlərinə bələd olsunlar. Təkrar edirəm, yenə də bunun üçün məktəb və milli dildə təhsil labüddür.

Din faktoru barədə də danışmaq istəyirəm. Sovet dövründə dinimizi əlimizdən aldılar. Dinin əks-təbliği ilə onu bizə unutdurdular, yadlaşdırdılar. Ancaq mən deyərdim ki, İslam ilə Azərbaycancılıq bir-birinə çox bağlıdır. İslamdan ayrı bir Azərbaycan fikirləşə bilmirəm. 70 il dini bizə unutdurmağa çalışdılar. Deyin görüm İslamın nəyi pisdir? Məgər din bizə buyurmur ki, təmiz ol, düzgün ol, xeyirxah ol? Belə dəyərlərdən indiyə kimi kim zərər görüb ki, biz də xeyir tapmayaq? Onun üçün deyirəm ki, milli vətənpərvərlik hisslərinin daima oyaq saxlanmasında dini faktor çox əhəmiyyətlidir. Mənim ulu babalarım dininə sadiq olduqları dövrlərdə öz vətənlərinə da sadiq qalıblar. Rəsulzadə babamın yüksəltdiyi bayrağın bir zolağı İslamı təmsil edir. Babam Cavad Xan Ramazan ayında, oruclu, dilində «Allahu-Əkbər» nidası ilə Gəncəni müdafiə edərkən şəhid oldu. Məgər mən babamdan çox bilirəm ki, dinimdən uzaqlaşım?

Mən çox təklif etdim ki, məktəblərimizdə dinimizin əsasları tədris edilsin, balalarımıza kəlimeyi-şəhadət və s. öyrədilsin.

Dünya Azərbaycanlılarının birliyini necə görürsünüz? Bu birlik hansı təməllər üzərində qurulmalıdır? Soydaşlarımıza ne arzulamaq istərdiniz ?

Tarix boyu bizim evimizi yıxan parçalanmalar olub. Vətən xanlıqlara, xanlıqlar şəhərlərə, kəndlərə, axırıncılar da məhəllələrə bölünüb. Bir-birimizə düşmən kəsilmişik tarix boyu. Əslində özümüz-özümüzə düşmən kəsilmişik. Dünən yaşadığımız məğlubiyyəti, işğalı yenidən yaşamamaq üçün gərək dünənki səhvləri təkrar etməyək. Bizi birləşdirən bir çox ortaq dəyərlər vər: dilimiz, dinimiz, mədəniyyətimiz və nəhayət vahid Vətənimiz. Məgər bu saydıqlarım bizi birləşdirməyə yetmir? Birləşmək üçün təməllər axtarırıq. Mənə elə gəlir ki, Azərbaycan bayrağının təmsil etdiyi rəmzlər buna kifayətdir: Türkçülük, Müasirlik və İslam. Babalarımız bu dəyərlərin işığı altında 1918-ci ildə birləşməyi bacardılar və dövlətçiliyimiz naminə çox böyük müvəffəqiyyətlərə nail oldular. Bəs biz nəyi gözləyirik? Mən də bu gün həmvətənlərimizi bu bayrağın işığı altında birliyə çağırıram.

Biz gərək bir-birimizi tanıyaq ki, birləşə bilək. Bunun üçün gediş gəlişlər, tanışlıqlar artmalıdır. Bir-birimizə qız verib, qız almalıyıq. Xaricdə yaşayan vətən övladı imkan daxilində tez-tez Vətənini müqəddəs bir məkan kimi ziyarət etməlidir. Bizim tək Vətənimiz var, adı da Azərbaycandır. Azərbaycanlı adını daşıyan hər bir kəs Ana Vətənə olan övladlıq borcunu ləyaqətlə yerinə yetirməlidir. Vətəndə yaşayanlar Vətəni çiçəkləndirməli, xaricdə yaşayanlar isə güclü diasporaları vasitəsilə ona dəstək verməlidirlər.

Son olaraq bu çətin günlərimizdə hamını ortaq amallar uğrunda birliyə çağırıram. Sizlərə, «Sahil» Araşdırma Qrupuna belə əhəmiyyətli işlərinə görə öz dərin təşəkkürlərimi bildirirəm.
***
B.Vahabzadənin həyat və yaradıсılığı haqqında geniş məlumat almaq istəyinsinizsə, www.vahabzade.net internet səhifəsinə müraсiət edin.


·

News

·
·

History

·
·

Facts

·
·

Forum

·
·

Archive

·

· SEARCH ·





Karabakh.org

Institute for Armenian Research
ATOO!

· Prev · Top · Next ·
© "Sahil IRG" - 2001 info@azerigenocide.org

· News · History · Facts · Forum · Archive · Viewpoints · Photos · Victims · Links · Guest Book ·